Rusiyada koronavirusdan ölənlərin sayı 240 mini ötüb

2 Noyabr 2021 13:25 (UTC+04:00)

Rusiyada son sutka ərzində 39 008 nəfər koronavirusa yoluxub.

SİA-nın məlumatına görə, eyni zamanda ötən gün ölkədə 1 178 nəfər koronavirusdan vəfat edib. Bu, pandemiya dövründə qeydə alınan ən yüksək göstərici olub.

Bugünədək Rusiyada koronavirusa yoluxanların sayı 8,59 milyon nəfəri ötüb. Ölənlərin sayı isə 240 871 nəfərə çatıb.

Qeyd edək ki, yoluxma hallarının artması ilə əlaqədar paytaxt Moskvada və bir sıra digər regionlarda oktyabrın 30-dan noyabrın 7-dək qapanma elan edilib.