Orduya dəstək adı ilə şirkətlərdən pul tələb edənlər saxlanılıb FOTO

2 Noyabr 2021 12:41 (UTC+04:00)

Özlərini Qeyri-Hökumət Təşkilatının (QHT) rəhbəri kimi təqdim edərək Zəfər günündə orduya dəstək adıyla şirkətlərdən pul tələb edən şəxslər saxlanılıb. SİA-nın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, həmin şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq polis idarəsinə gətiriliblər.

Hazırda araşdırma aparılır. Əlavə məlumat veriləcək.