Tanınmış jurnalistlərlə görüşlərə start veriləcək

2 Noyabr 2021 12:31 (UTC+04:00)

Yenicə fəaliyyətə başlayan “Nəcib Jurnalistlər” İctimai Birliyi maraqlı bir layihə gerçəkləşdirəcək. Bu barədə KİV-ə açıqlamasında qurumun rəhbəri Mətləb Salahov bildirib. Qurum rəhbəri bildirib ki, qarşıdakı müddətdə ölkənin tanınmış və təcrübəli ustad qələm əhli ilə qəzet və saytlarda çalışan gənc jurnalistlərin maraqlı görüşləri keçiriləcək. M.Salahov bildirib ki, KİV-lərin ofis və redaksiyalarında gerçəkləşdiriləcək görüşlərdə məqsəd gənc jurnalistlərlə ustad qələm əhli arasında yaradıcılıq ünsiyyətinə, fikir mübadiləsinə və gənc qələm əhlinin jurnalistika peşəsinin dərinliklərinə sahib olmasına dəstək olmaqdır. “Bu görüşlər formal xarakteri daşımayacaq. Xüsusilə, mətbuat yolunu seçmiş gənclərin gələcək üçün peşəkar və talantlı jurnalist kimi yetişməsinə ustadların dəstəyini qazanmaq ən əsas məqsəddir”-deyə M.Salahov bildirib.