Pensiyalar bu tarixdə ödəniləcək

2 Noyabr 2021 09:52 (UTC+04:00)

Bakı, Sumqayıt və Abşeronda pensiyaların ödəniləcəyi tarix açıqlanıb.

Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Noyabrın 5-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.

Güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisna təşkil edir.