“Brent” neftinin qiyməti 85 dollara yaxınlaşır

2 Noyabr 2021 09:19 (UTC+04:00)

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin yanvar müqaviləsinin dəyəri 0,05 faiz artaraq 1 barelə görə 84,75 dollar təşkil edib.

SIA "APA-Economics"in məlumatına istinad edərək bildirir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,13 faiz azalaraq 83,94 dollar təşkil edib.