ABŞ-da əhalinin 70 faizi peyvənd olunub

2 Noyabr 2021 08:06 (UTC+04:00)

ABŞ-da yetkin yaşına çatanların 70 faizi COVID-19-a qarşı tam peyvənd olunub, 80%-i isə peyvəndin ilk dozasını alıb.

SİA-nın məlumatına görə, bu barədə Ağ Evin koronavirus üzrə koordinatoru Ceffri Zients bildirib.

O, həmçinin qeyd edib ki, Co Bayden administrasiyasının Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) də uşaqlar üçün peyvəndi tövsiyə etməsi şərti ilə 5-11 yaşlı uşaqları peyvənd etmək səyləri noyabrın 8-dən etibarən tam şəkildə həyata keçiriləcək.

Onun sözlərinə görə, administrasiya hüququ çatan bütün 28 milyon uşaqları peyvənd etmək üçün kifayət qədər "Pfizer" peyvəndi alıb.