Ən әhatәli әsәr İbn Sinaya məxsusdur

2 Noyabr 2021 01:54 (UTC+04:00)

Tәk bir adam tәrәfindәn qәlәmә alınan әn әhatәli әsәrin İbn Sina tәrәfindәn yazıldığını bilirsinizmi?

Qәrbdә "Avicenna" adı ilә bilinәn İbn Sina orta əsrlər dövrünün ən böyük təbiblərindən biridir. İbn Sina 980-ci ildә Özbәkistanda yerlәşәn Buxara yaxınlığındakı Afşana şәhәrindә anadan olub. Buxarada atasından və hәmin dövrün məşhur alimlərdən özəl dərslər və yaxşı təhsil alıb. İbn Sina çox güclü yaddaşa sahib olub. 16 yaşa qədər hüquq və fəlsəfə ilə maraqlansa da sonralar təbabətə meyl göstərir və dünya şöhrətli təbib olur. İbn Sina 19 yaşında artıq tanınmış loğman kimi xәstәlәri müalicә etmәyә başlayıb. 21 yaşında o dövrün әn mәşhur hәkimlәrindәn hesab olunub. İbn Sina tibb ilә bağlı bir çox әsәr qәlәmә alıb. Xüsusilә ürәk-damar sistemi ilә bağlı qәlәmә aldığı әsәrlәr diqqәtlәri cәlb edir. Onun әn diqqәt çәkәn әsәrlәrindәn biri ‘’Kitabu'ş-Şifa’’dır. Bu әsәr bir adam tәrәfindәn yazılmış nadir әsәrlәrdәn biridir.