Alek Baldvin qəza barədə ilk dəfə danışıb

1 Noyabr 2021 22:21 (UTC+04:00)

Amerikalı aktyor Alek Baldvin ilk dəfə 22 oktyabrda “Rust” filminin çəkilişi zamanı onun tərəfindən açılan atəş nəticəsində kinooperator Qalina Xatçinsin faciəli şəkildə həlak olması barədə danışıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Alek Baldvin Vermont ştatında onu izləyən paparaziyə bildirib ki, bu, trilyonda bir rast gəlinən bədbəxt hadisədir.

Aktyor deyib ki, son 75 ildə çoxlu sayda filmlər və teleşoular çəkilib. “Bu filmlərdə və teleşoularda nə qədər güllə atılıb və praktiki olaraq hər hansı hadisə baş verməyib. Qalina Xatçins mənim dostum idi. Həmin gün filmin çəkilişindən əvvəl Qalina Xatçinsi rejissorumuz Coel Souzla birgə yeməyə dəvət etmişdim. Bizim çox yaxşı komandamız var idi, birgə film çəkirdik və anidən dəhşətli hadisə baş verdi” deyə Baldvin bildirib. Silahlardan istifadəyə nəzarətin sərtləşdirilməsinin tərəfdarı olduğunu vurğulayan A.Baldvin, “Rust” filminin çəkilişinin davam etdirilməyəcəyini düşündüyünü də söyləyib. Aktyor ona istintaqın gedişi barədə danışmağın qadağan edildiyini söyləyib. İstintaq barədə hələki ittiham irəli sürməyib.