Serbiya Futbol İttifaqı cərimələnib

1 Noyabr 2021 21:55 (UTC+04:00)

FIFA İntizam Komitəsi Serbiya Futbol İttifaqını 35 000 İsveçrə frankı məbləğində cərimələyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, buna Serbiya millisinin Lüksemburq və Azərbaycan yığmalarına qarşı 2022-ci il dünya çempionatının seçmə oyunları zamanı yerli azarkeşlərin təhqiramiz şüarlar səsləndirməsi səbəb olub. Bildirilib ki, Serbiya seçməsi sentyabrın 4-də baş tutan matçda Lüksemburqu 4:1, oktyabrın 12-dəki qarşılaşmada isə Azərbaycanı 3:1 hesabı ilə məğlub edib.