Alimlər yeni planet aşkar ediblər

1 Noyabr 2021 17:10 (UTC+04:00)

NASA-ya məxsus olan Çandra adlı rentgen teleskopu ilk dəfə olaraq "Süd Yolu" qalaktikasının sərhədlərindən kənarda planet mövcudluğuna işarə edən faktorlar aşkar edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, güman olunan kosmik obyekt Yer kürəsindən 28 milyon işıq ili uzaqlığında yerləşən Messier 51 adlı qalaktikada aşkar edilib. Çandra teleskopu kosmosun ən isti yerlərindən rentgen şüalanmalarını müşahidə etmək üçün inşa edilib. Bir neçə müddət bundan öncə alimlər müşahidə olunan obyektlərdən birinin parlaqlığındakı dəyişiklikləri aşkar ediblər.