YAP Səbail rayon təşkilatının fəalları şəhidin barelyefini ziyarət ediblər FOTOLAR

1 Noyabr 2021 17:01 (UTC+04:00)

YAP Səbail rayon təşkilatı Vətən müharibəsində şəhid olan Həsənov Vüsal Ariz oğlunun əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Səbail rayonu, Badamdar qəsəbəsi, Gənclər küçəsində şəhidin ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin qarşısında hazırlanan barelyefi ziyarət edib. Vətən müharibəsində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Həsənov Vüsal Ariz oğlu döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Şəhid Vüsal Həsənovun ailə üzvləri şəhid ailələrinin, qazilərimizin, hərbçilərimizin Ölkə başçısı cənab İlham Əliyevin, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın və Yeni Azərbaycan Partiyasının hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini bildirmişlər.

Rəfiqə