“Barselona” indi də qapıçısını satışa çıxarır?

1 Noyabr 2021 11:26 (UTC+04:00)

“Barselona” futbol klubu, elə bil Barselonada “bazar açıb”. Məsələ bundadır ki, komanda rəhbərliyi bu dəfə qapıçı Mark-Andre ter Ştegeni satmağa hazır olduğunu bildirib və əsas kimi də, onun son oyunlarda yaxşı oynamadığını göstərib.

Xatırladaq ki, İspaniya çempionatının cari mövsümündə 9 oyun keçirən Ter Ştegen 9 qol buraxıb.

Qeyd edək ki, “Barselona”nın 55 milyon avro istədiyi qapıçı üçün artıq elə Premyer Liqa komandaları arasında onun xidmətində maraqlı olanlar peyda olub.

Ağasəf