"Uşaqlarda iştahasızlığın səbəbi müxtəlifdir. Hər hansı xəstəlik - məsələn hal-hazırda yayılmış olan yuxarı tənəffüs yollarının infeksiyası, anemiya (qan azlığı), vitamin D çatışmazlığı, əlavə kalori qəbulu (mağazadan alınan konservantlar), bədəndəki dəyişikliklər, parazitlər və s. ola bilər". Bu sözləri SİA-ya açıqlamasında həkim pediatr Səidə Əhmədova deyib.
Onun sözlərinə görə, uşaqlarda iştahsızlıq müşahidə olunduqda hər hansı iştahaçıcı preparat, vitamin kompleksi vermək yanlış olar: "İlk öncə iştahasızlığın səbəbi aradan qalxmalıdır. Uşaqlara bol maye vermək lazımdır. Yeməkdən əvvəl maye qəbul etməkləri məsləhətdir".
Həkim sözlərinə belə davam edib: "Əgər, uşaqlar ara yeməkləri çox yeyərsə əsas yeməkdən imtina edir. Bunu da valideyn iştahsızlıq kimi qiymətləndirir. Uşaqlarda halsızlığın səbəbləri yüksək hərarət, orqanizmin çox maye itirməsi (qusma,ishal), D vitamini çatışmazlığı ola bilər".
Ayşən Vəli