Ərdoğan Şura iştirakçılarına müraciət ünvanlayıb

1 Noyabr 2021 10:25 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclasının iştirakçılarına videomüraciət ünvanlayıb.

SİA xəbər verir ki, videomüraciətdə türkdilli ölkələr arasında əlaqələrin bundan sonra da uğurlu olacağına əminlik vurğulanıb.

R.T.Ərdoğan ölkələr arasında əlaqələrin qarşılıqlı təcrübə əsasında inkişafını xüsusi hesab edib: “Qarşılıqlı əlaqə və təcrübə mübadiləsi hədəflərə daha da yaxınlaşdırmış olacaq. Türk Şurası yeni qatılan ölkələrlə güclənərkən beynəlxalq status qazanacaq”.