"YAŞAT" Fondunun "Zəfər" yarmarkası davam edir

1 Noyabr 2021 00:16 (UTC+04:00)

"YAŞAT" Fondunun "Zəfər" yarmarkası davam edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, yarmarkada zəfər simvollu suvenirlərin və kitabların satışı, konsert proqramı, hərbi texnika, geyim, silahların nümayişi və vətənpərvərlik mövzusunda yarışlar keçirilir.