Fransa və İngiltərə prezidentləri görüşüb

31 Oktyabr 2021 22:14 (UTC+04:00)

İtaliyanın paytaxtı Romada keçirilən G20 Liderlər Zirvəsinin ikinci günündə liderlər iqtisadiyyat, iqlim dəyişikliyi və sağlamlıq məsələlərini müzakirə etməyə davam edərkən, Böyük Britaniyanın Baş naziri Boris Conson və Fransa prezidenti Emmanuel Makron sammit çərçivəsində görüşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, İngiltərə Baş nazirliyindən edilən yazılı açıqlamada, İngiltərə-AB əlaqələrinə təsir edən ən əhəmiyyətli mövzu olan Şimali İrlandiya Protokolunun müzakirə edildiyi ifadə edilib və Johnson, Belfastın qorunması üçün təcili olaraq həll yoluna gəlməyin lazım olduğunu vurğulayıb.