Yaponiya parlamentinin aşağı palatasına seçkilər keçirilir. Hazırda seçici fəallığı 2017-ci ildə əvvəlki səsvermə zamanı demək olar ki, oxşar səviyyəyə çatıb.
SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın İnzibati İşlər və Rabitə Nazirliyi məlumat yayıb.
Yerli vaxtla saat 14:00-a olan məlumata görə, seçici fəallığı 21,49% təşkil edib.
Seçkilərdə heç bir insident qeydə alınmayıb.
Yaponiyada 46 000-dən çox seçki məntəqəsi var.