“Qarapapaq” peşəkar boks gecəsi turnirinin qalibləri

31 Oktyabr 2021 01:44 (UTC+04:00)

Oktyabrın 30-da Bakı İdman Sarayında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Qarapapaq” peşəkar boks gecəsi yarışı keçirilib.

SİA xəbər verir ki, yekun nəticələrə görə, müxtəlif çəki dərəcələrində Novruz Hüseynov, Taryel Cəfərov, Əzrək Bəbirov, Kənan Kazımov, Nihat Abdullayev, Ruslan Məmmədov, Rauf Ağayev, Fuad Tarverdi qalib elan olunublar. Pərvin Heydərov-Nicat Həsənov qarşılaşması isə heç-heçə ilə başa çatıb.

Turnirdə 18 peşəkar boksçunun iştirakı ilə 9 döyüş keçirilib.