Daha 2 terrorçu məhv edilib

30 Oktyabr 2021 16:47 (UTC+04:00)

Türkiyə Müdafiə Nazirliyi tərəfindən İraqın şimalındakı "Pəncə Kaplan" bölgəsində aşkarlanan 2 PKK terrorçusunun zərərsizləşdirildiyi açıqlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, nazirlikdən bu barədə verilən açıqlamada deyilir: "Terrorçularla mübarizəmiz təsirli və qətiyyətlə davam edir! Şimali İraqın "Pəncə Kaplan" bölgəsində aşkarlanan daha 2 PKK terrorçusu qəhrəman komandalarımızın əməliyyatı ilə zərərsizləşdirilib".