Əfsanəvi diktor İqor Kirillov vəfat edib

30 Oktyabr 2021 15:49 (UTC+04:00)

Məşhur sovet və Rusiya diktoru İqor Kirillov bu gün 89 yaşında vəfat edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İqor Kirillov 14 sentyabr 1932-ci ildə anadan olub, 1957-ci ildən televiziyada çalışıb. O, 20 ildən çox “Vremya” proqramının diktoru olub, bir çox verilişləri, o cümlədən Qızıl meydandan paradın translasiyasını aparıb. İqor Kirillov 1988-ci ildə SSRİ-nin Xalq artisti fəxri adına layiq görülüb.