BƏƏ məhbusları Yəmənə ekstradisiya edib

30 Oktyabr 2021 15:10 (UTC+04:00)

Aralarında 18 yəmənli və 1 rus olan qrupdan 12 nəfəri 2015-2017-ci illər arasında Quantanamo həbsxanasından BƏƏ-dəki həbsxanaya köçürülüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da 11 sentyabr hücumlarından sonra Əfqanıstan və Pakistanda ələ keçirilən qruplaşmadan 6 nəfər daha əvvəl Yəmənə ekstradisiya edilib. Yəmən hökumətinin rəsmisi çərşənbə günü 12 Quantanamo məhbusu daşıyan BƏƏ hərbi təyyarəsinin Yəmənin cənubundakı Hadramaut əyalətinin əl-Mukalla şəhərinə eniş etdiyini təsdiqləyib. Vəkil Əbdülrəhman Barman bildirib ki, Yəmən administrasiyası məhbusların ailələri ilə əlaqə saxlayıb və onlardan 2015-ci ildən BƏƏ ordusunun nəzarətində olan əl-Rayan aviabazasına köçürüləcək məhkumların azadlığa buraxılmasına hazırlaşmalarını istəyib.

Birləşmiş Millətlər Təşkilatı (BMT) və insan haqları qrupları Əbu-Dabi və Vaşinqtonu məhbusların daha çox işgəncə və həbs riski ilə üzləşdikləri Yəmənə ekstradisiyasını dayandırmağa çağırıb.