ABŞ kəşfiyyatı koronavirusun mənbəyi ilə bağlı açıqlama paylaşıb

30 Oktyabr 2021 14:53 (UTC+04:00)

ABŞ-ın 18 kəşfiyyat idarəsi koronavirusun mənşəyi ilə bağlı birgə açıqlama paylaşıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, açıqlamada bildirilib ki, kəşfiyyat qurumlarının əksəriyyəti koronavirusun bioloji silah kimi yaradılmadığı qənaətindədir. Yalnız bir idarə ölümcül virusun öncədən silah qismində yaradıldığını və qəza nəticəsində Uxan laboratoriyasından yayıldığını ehtimal edib. Lakin, bunu qəti şəkildə demək üçün dəlillərin kifayət qədər olmadığı vurğulanıb.