Məşhur müğənni Cennifer Lopezə bənzəmək üçün 17 min türk lirəsi xərcləyib

30 Oktyabr 2021 14:23 (UTC+04:00)

Xaricdəki tətilindən qayıdan Türkiyənin məşhur müğənnisi Demet Akalın yeni paltarlarını bir-bir geyinməyə başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, sosial media hesabından aktiv istifadə edən Demet Akalının son fotosu bəyənmə rekordu qırıb. Tez-tez fərqli geyim tərzi ilə danışılan Demet Akalının son halı da çox diqqət çəkib. İzləyicilərindən bəziləri onu dünyaca məşhur müğənni Cennifer Lopezə bənzədib. Məlumata görə, müğənni bu geyimə təxminən 3032 manat xərcləyib.