Rusiyalı xokkeyçi İvan Bitkin 25-ci mərtəbədən düşərək həyatını itirib. Hadisə oktyabrın 30-da paytaxt Moskvadakı Xoroşev küçəsində baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, idmançı yaşayış binasının damından yıxılıb. Ölümün səbəbi hələlik məlum deyil və hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.