İlk hicablı konqresmenə şübhəli maddə olan bağlama göndərilib

30 Oktyabr 2021 13:06 (UTC+04:00)

ABŞ Konqresinin Nümayəndələr Palatasının ilk hicablı üzvü Demokrat İlhan Ömərin ofisinə şübhəli maddə olan bağlama göndərilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, mövzu ilə bağlı tvitində paketin üzərində "xoş kristmas lənətə gəlmiş" qeydinin yazıldığını bildirən Ömər, komandasındakı hər kəsin yaxşı olduğunu ifadə edərək, "Diqqətimizi yayındırmaq üçün bizi e-poçt, telefon və paketlərlə təhdid edə bilərlər" deyə bildirib. O, həmçinin, "Ancaq müharibədən sağ çıxdım, bunun da öhdəsindən gələcəm"-deyə əlavə edib.

Konqres polisindən verilən açıqlamada şübhəli maddə olan bağlamanın araşdırıldığı və ofisin ətrafının bağlandığı təsdiqlənib.