Hollandiya sular altında qala bilər

30 Oktyabr 2021 12:28 (UTC+04:00)

Avropanın önəmli ölkələri sırasında olan Hollandiyanın yaxın gələcəkdə sular altında qalacağı davamlı olaraq söylənilib. SİA-nın məlumatına görə, bununla belə, Hollandiyanın səlahiyyətli bir qurumu tərəfindən ilk dəfə olaraq ciddi narahatlıqları ehtiva edən hesabat dərc edilib. Hesabatda ölkənin su altında qalacağına dair məlumatlar yer alıb. Hollandiya Krallıq Meteorologiya İnstitutu Hollandiya sahillərində dəniz səviyyəsinin 2100-cü ilə qədər iki metr hündürlüyə yüksələcəyini xəbərdarlıq edib.