Latın Amerikası ölkələrində yeni tip koronavirusa yoluxma halları artmaqdadır. SİA xarici mətbuata istinadən xəbər verir ki, Braziliya Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saatda 394 nəfərin ölümü ilə ölkədə virusa yoluxanların ümumi sayı 607 min 462, ümumi yoluxma sayı isə 11 min nəfərə yüksəlib. 965 yeni hal 21 milyon 793 min 401-ə yüksəlib.
ABŞ-dan sonra dünyada ən çox Covid-19-dan ölənlərin görüldüyü Braziliyada sağalanların sayı 20 milyon 986 min 901 olaraq açıqlanıb.
Meksika Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saatda 320 nəfər ölüb, 4 min 1 yeni yoluxma aşkarlanıb. Epidemiyada ölənlərin ümumi sayı 287 min 951, yoluxanların sayı 3 milyon 802 min 287, sağalanların sayı isə 3 milyon 163 min 121 nəfər olaraq qeydə alınıb.
Covid-19 məlumatlarının toplandığı "Worldometers" saytına görə, əhalisi 126 milyonu keçən Meksika dünyada ən çox yoluxma hadisəsi olan 15-ci ölkə mövqeyindədir.
Kolumbiya Səhiyyə Nazirliyinin açıqladığı məlumatlara görə, son 24 saatda 30 nəfər ölüb və ölənlərin sayı 127 225 nəfərə çatıb. Son 24 saatda 1604 nəfərin testinin müsbət çıxdığı ölkədə ümumi yoluxma sayı 4 milyon 999 min 48-ə, sağalanların sayı isə 4 milyon 842 min 692-yə yüksəlib. Əhalisi 50 milyona yaxınlaşan Kolumbiya dünyada ən çox yoluxma hadisəsi qeydə alınmış 11-ci ölkə mövqeyindədir.
Argentina Səhiyyə Nazirliyinin məlumatlarına görə, Covid-19 səbəbi iıə ölənlərin ümumi sayı son 24 saatda 19 ölümlə 115 min 935-ə, ümumi yoluxma sayı isə 5 milyon 287 min 447-yə yüksəlib. 1373 nəfərdə virus aşkarlanıb. Təxminən 45 milyon əhalisi olan Argentinada sağalanların sayı 5 milyon 152 min 539-a çatıb. Argentina dünyada ən çox yoluxma ilə 9-cu ölkədir.