Köpəkbalığı insanları suiti hesab edir

30 Oktyabr 2021 09:29 (UTC+04:00)

Avstraliyanın Makkari Universitetinin araşdırması köpək balıqlarının insanlara niyə hücum etdiyini aşkar edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, tədqiqatçılar kompüterdə su mühitində suitilərin və insanların üzmə şəklini lentə alaraq redaktə ediblər. Məlum olub ki, köpəkbalığı insanları və suitiləri çox oxşar şəkildə görürmüş və hücum etməsinin səbəbi də məhz bu imiş.