Çay içməyi sevənlər üçün maraqlı ARAŞDIRMA Araşdırma

29 Oktyabr 2021 20:57 (UTC+04:00)

Kanadalı tədqiqatçılar çay paketləri ilə bağlı maraqlı məlumat aşkarlayıblar. Bir çay paketinin içində milyardlarla mikroplastik hissəciklər olduğunu qeyd edən tədqiqatçılar, “Əgər paketin içində çayı görürsünüzsə, onun çox hissəsi plastikdir” deyiblər. Tədqiqatçılar beş dəqiqə ərzində qaynar suda dəmlənmiş dörd müxtəlif növ çay paketini sınaqdan keçiriblər. Plastiklər görünmədiyi üçün çay yarpaqlarını paketdən ayırıblar. Çay paketlərini bir müddət qaynar suda dəmlədikdən sonra tədqiqatçılar elektron mikroskopla analiz edərək gördükləri mənzərə qarşısında şoka düşüblər. Məlum olub ki, bir stəkan qaynar suya atılan bir paket çayda təxminən 11,6 milyard mikroplastik və 3,1 milyard kiçik nanoplastik hissəciklər aşkarlanıb. Bu miqdar bir insanın bir il ərzində istehlak etdiyi mikroplastik hissəciklərin təxmini miqdarından xeyli çoxdur. Orta hesabla isə bir insan ildə ən azı 50.000 mikroplastik hissəciklər qəbul edir.