Təhdid davam edərsə, qisas alınacaq

29 Oktyabr 2021 18:22 (UTC+04:00)

İngiltərə ilə Fransa arasında balıqçılıq problemi səbəbiylə böhran davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Fransanın dünən Böyük Britaniyanın balıqçı gəmisini ələ keçirməsindən sonra Fransanın AB işləri üzrə dövlət naziri Klement Beaune "Britaniya hökuməti gücün dilini anlayır" açıqlamalarını verib. Bu inkişaflardan sonra İngiltərədən bir mesaj gəlib. İngiltərənin Ətraf Mühit, Ərzaq və Kənd Təsərrüfatı Naziri George Eustice xəbərdarlıq edib ki, Fransa təhdidlərini davam etdirsə, qisas alınacaq.