Timsah göldə üzən şəxsə hücum edib

29 Oktyabr 2021 17:11 (UTC+04:00)

Hadisə Mato Qrosso-du-Sul əyalətinin məşhur turistik şəhəri olan Kampo Grenddə baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, böyük bir timsahın ona tərəf gəldiyini görən kişi sahilə çıxmağa çalışdıqda timsah onu dişləyib. Hücum nəticəsində adam yüngül xəsarət alıb və ona yerindəcə köməklik göstərilib. Gölün yaxınlığında işləyən satıcının sözlərinə görə, bütün yerli sakinlər bilirlər ki, bu göldə çimmək təhlükəlidir və son beş ildə bu gölə heç kim girə bilməyib.