Məşhur simalar kamera qarşısına keçiblər

29 Oktyabr 2021 16:46 (UTC+04:00)

Son zamanlar "Aşk101" serialı ilə məşhurlaşan aktrisa Alina Boz və "Ada Masalı" serialı ilə adından söz etdirən Alp Navruz cütlüyü geyim firmasının reklam siması olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, tərəflər reklam müqaviləsi imzalayıb.

Gender bərabərliyi ilə diqqət çəkən və “fərqləndirmə”yə əsaslanan reklam çarxında tamaşaçıların görməyə adət etmədiyi rollarda Alp Navruz və Alina Boz çəkilir.

Ayşən Vəli