Azərbaycanın mədəniyyət naziri Türkiyəyə gedib

29 Oktyabr 2021 13:45 (UTC+04:00)

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Türkiyəyə səfərə gedib.

SİA-nın məlumatına görə, nazir bu gün İstanbulda Atatürk Mədəniyyət Mərkəzinin açılışında iştirak edəcək.

Açılış Türkiyə Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü gününə təsadüf edir.

Mərasimdə Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan da iştirak edəcək.