Bərdədə yaşayış binasındakı yanğın söndürülüb

29 Oktyabr 2021 09:40 (UTC+04:00)

Bərdədə yaşayış binasındakı yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Bərdə şəhərində ümumi sahəsi 640 kv.m olan, bir dam altında tikilmiş birmərtəbəli onüçmənzilli yaşayış binasının yanar konstruksiyaları (arakəsmə divarları taxta konstruksiyalardan, kərpicdən, dam örtüyü qır və qamışdan ibarət) və qismən ev əşyaları yanıb:

"Bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın zamanı ölən və xəsarət alan olmayıb".