Günəşdə güclü partlayış

29 Oktyabr 2021 05:05 (UTC+04:00)

Günəşdə güclü X sinifli partlayış qeydə alınıb.

SİA-nın məlumatına görə, bu barədə Rusiyanın Elmlər Akademiyası Fizika İnstitutunun Günəşin rentgen astronomiyası laboratoriyasının saytında deyilir.

Məlumata əsasən, partlayış oktyabrın 29-da təxminən saat 19:17-də başlayıb və 31 dəqiqə davam edib.

Mütəxəssislər bildirir ki, iki gün ərzində Günəşdə 28 zəif, orta və güclü partlayış baş verib.