Babil Festivalı 18 ildən sonra bərpa olundu

29 Oktyabr 2021 03:27 (UTC+04:00)

2003-cü ildə ABŞ ordusunun İraqa girməsindən sonra keçirilməyən Beynəlxalq Babil Festivalı 18 ildən sonra yenidən bərpa olunub.

Bu barədə İraq Mədəniyyət Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, 18 illik fasilədən sonra festival geniş tərkiblə yenidən keçirilir.

Dünya İrs Siyahısına daxil edilən Babildə keçirilən festivalda 54 ölkənin nümayəndələri iştirak edir. Festival 5 gün davam edəcək.

Qeyd edək ki, Beynəxlaq Babil Festivalı ilk dəfə 1985-ci ildə təşkil olunub.