“Facebook” şirkətinin adı dəyişib

28 Oktyabr 2021 22:43 (UTC+04:00)

“Facebook” şirkətinin adında dəyişiklik edilib.

SİA-nın “TASS” agentliyinə istinadla xəbərinə görə, bu barədə şirkətin rəhbəri Mark Zükerberq onlayn təqdimat zamanı bildirib. Zükerberq deyib ki, rəhbərlik etdiyi şirkət bundan sonra “Meta” adlanacaq.