“Twitter Blue” abunəçiləri bəzi yenilikləri erkən sınaqdan keçirə biləcəklər

28 Oktyabr 2021 21:52 (UTC+04:00)

Bu istiqamətdə istifadəçilərə təqdim edilən imkanlardan birincisi Twitterə 10 dəqiqəlik video yükləməkdir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, standart istifadəçilər üçün bu müddət 2 dəqiqə 20 saniyədir. Bunun üçün videonu “PC” vasitəsilə yükləmək lazımdır. “Blue” abunəçilərinə təklif olunan digər yeni xüsusiyyət,mesajı gələnlər qutusunun yuxarı hissəsinə bağlamaq imkanıdır. “Twitter Blue” abunəsi üçün ayda 3 dollar ödəməlisiniz. “Blue” abunəçiləri bu ödəniş üçün qovluqlara və oxucu rejiminə daxil ola bilərlər. Bundan əlavə, istifadəçilər tvitləri geri qaytarmaq imkanına da malikdirlər.