Bu reklamların uşaqlara göstərilməsi qadağan ediləcək

28 Oktyabr 2021 18:14 (UTC+04:00)

İspaniyada solçu koalisiya hökuməti gələn ildən 16 yaşdan kiçik insanlara yönəldilmiş şəkərli qida məhsullarının reklamının qadağan ediləcəyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, istehlak naziri Alberto Qarzon keçirdiyi mətbuat konfransında 2022-ci ildən etibarən 16 yaşdan kiçik uşaqlara yönəlmiş peçenyə, dondurma, şəkərli və ya yüksək kalorili içkilər kimi qida məhsullarının reklamlarının internetdə, filmlərdə qadağan ediləcəyini söyləyib.

Sentyabr ayında İspaniyada nəşr olunan bir araşdırmada uşaqlar üçün yayımlanan 10 televiziya reklamından 9-nun sağlam qidalanma qaydalarını pozduğu bildirilib.