Avtobusun şüşələri adam sıxlığından sınıb? - BNA açıqladı

28 Oktyabr 2021 16:17 (UTC+04:00)

Sosial şəbəkələrdə yayılan görüntülərdə 202 nömrəli marşrut avtobusunda şüşələr sınıb. Bunun avtobusdakı sərnişin sıxlığından baş verdiyi deyilir.

Yayılan məlumatlara aydınlıq gətirmək üçün Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev açıqlamasında bildirib ki, avtobusun giriş hissəsində qapının şüşəsi səhər saatlarında qırılıb: "Hazırda avtobus xətdədir avtobusun qapısına yeni şüşə taxılıb. Daşıyıcı şirkət Çinar Trans MMC-nin verdiyi məlumata görə, şüşə rezindən çıxdığ üçün sınıb".