Sabah Bakıda “Zəfər” yarmarkası keçiriləcək

28 Oktyabr 2021 14:39 (UTC+04:00)

Sabah Dənizkənarı Bulvarda böyük qələbəmizə həsr olunan “Zəfər” Yarmarkası keçiriləcək.

SİA-nın məlumatına görə, “Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda baş tutacaq yarmarkadan əldə olunan gəlir şəhid ailə üzvləri və yaralılarımıza dəstək olmaq məqsədilə “YAŞAT” Fonduna ianə ediləcək.

“Zəfər” Yarmarkasında iştirak etmək istəyən şirkətlər 8110 nömrəsi ilə əlaqə saxlaya bilərlər.