Uçan motosiklet 680 min dollara satışa çıxarılıb

28 Oktyabr 2021 12:10 (UTC+04:00)

Yaponiyada “Alı Technologies” tərəfindən hazırlanmış uçan motosiklet 680 min dollar (təxminən 6,5 milyon TL) qiymətinə satışa çıxarılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, “XTurismo Limited Edition” adlanan motosiklet 100 kilometrə qədər sürətlə 40 dəqiqə uça bilib.