Böyük Britaniya bu problemdən əziyyət çəkir

27 Oktyabr 2021 17:11 (UTC+04:00)

Böyük Britaniya son həftələrdə gecə klubuna qarşı artan hücum qalmaqalı ilə mübarizə aparır. SİA xarici mətbuata istinadən xəbər verir ki, qadınlara qarşı zorakılığın artdığı bir ölkədə gənc qadınlar böyük təhlükə altındadır. İngiltərə mətbuatında yer alan xəbərə görə, gecə klublarına əylənmək üçün gedən qadınların içkilərinə həb qatması getdikcə adi hala çevrilir, hətta zaman-zaman şprislə dərman da vurulur.