Koronavirus diabetə səbəb olurmu?

27 Oktyabr 2021 16:55 (UTC+04:00)

2020-ci ilin əvvəlindən həyatımıza daxil olan koronavirusla bağlı hər gün yeni məlumatlar alırıq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, virusun kəskin və uzunmüddətli təsirlərini araşdıran elm adamları bəzi insanların niyə bu xəstəliyə daha davamlı olduğunu da araşdırıblar. Bu araşdırmalarda ən diqqət çəkən məqamlardan biri də koronavirus və qan şəkəri səviyyələri arasındakı əlaqədir. Mütəxəssislər əvvəldən diabet xəstələrinin də koronavirusa qarşı risk qrupunda olduğunu bildiriblər. Həmçinin bildirilir ki, şəkərli diabet xəstələri koronavirusa görə xəstəxanaya daha çox müraciət ediblər.

Mütəxəssislər diabet əlamətlərinin koronavirusla əlaqəli olduğunu düşünüblər, lakin indiyə qədər bu diaqnozların müvəqqəti və ya qalıcı olması barədə dəqiq məlumat yoxdu. Bununla belə, Londonda yerləşən “Kings College”in Metabolik Tibb şöbəsinin müdiri prof.dr.Françesko bildirib ki, koronavirus və diabet arasında əlaqə mövcuddur. “Xəstəliklərin bir-birini tətikləməsinə səbəb olan bir mexanizm var” deyən prof.dr. Rubinonun əsas sualı budur: Yeni diabet halları virusdan qaynaqlanırmı?

Koronavirusdan sonra şəkər xəstəliyinə tutulma hallarını izah etmək üçün irəli sürülən nəzəriyyələrdən biri belədir: “Bədən koronavirus hüceyrələrinə hücum edərək onları mədəaltı vəzi ilə səhv salır və nəticədə orqanizmin insulin istehsal mexanizmində problemlər yaranır. Ancaq indiki araşdırmalara nəzər salsaq, virus mədəaltı vəzinə təsir edir, mədəaltı vəzi isə özünə zərər verir”.