Depressiyanı müalicə etmək üçün bu üsuldan istifadə etdilər

27 Oktyabr 2021 16:49 (UTC+04:00)

Həkimlər depressiyanın müalicəsinin məlum üsulunu daha da inkişaf etdirdilər və onu xüsusi olaraq xəstəyə tətbiq etdilər. SİA xarici mətbuata istinadən xəbər verir ki, onlar fərdi terapiya aparmaq üçün beyin batareyasından istifadə ediblər. Bəs bu beyin batareyası tam olaraq nədir? Necə müalicə edir? təfərrüatları:

Soyadı gizli saxlanılan Sara adlı xəstədə depressiyanın müalicəsində maraqlı üsul seçilib. Xəstənin başına taxılan "NeuroPace RNS" adlı qara qutuya bənzər cihaz, ağır depressiyanı aradan qaldırmaq üçün beynin müxtəlif hissələrini aşağı elektrik enerjisi ilə stimullaşdırıb. Sara eksperimental terapiya alan ilk xəstə idi. "NeuroPace RNS" həmçinin beyin batareyası adlanır.

"NeuroPace RNS" ilə müalicə əslində bir stimuldur. Dərin beyin stimullaşdırılması kimi də tanınır. Epilepsiya müalicəsində istifadə olunur və keçmişdə depressiyanı müalicə etmək üçün də istifadə edilib. Lakin elm adamları depressiyada olan Sara üçün müalicəni fərdiləşdirdilər.

Sara, "Gündəlik həyatım depressiyaya görə o qədər məhdudlaşıb ki, bu, demək olar ki, hər gün mənə işgəncə verir. Hər saat bir neçə dəfə intihar etmək istəyirdim və buna müqavimət göstərməkdə çətinlik çəkirdim. Amma bu yeni müalicə ilə mən bunu bacardım. Depressiyadan uzaq durun”, deyib.

Sara bir neçə il ərzində ağır depressiya üçün bir sıra müalicələr sınayıb, lakin heç biri nəticə verməyib. Amma "NeuroPace RNS" ilə bir ildən çox yaşadıqdan sonra depressiyaya qalib gələ bilib. "Həkimlər ilk dəfə bu cihazla terapiya aparmağa başlayanda həyatım sürətlənməyə başlayıb. İntihar düşüncələrindən uzaqlaşdım və hobbilərimdən zövq almağa başladım və nə yeyəcəyim, nə geyinəcəyimlə bağlı qərarsızlıq içində saatlarla boğulmadım. Asan qərarlar verməyə başladım", deyə bildirib.

Cihaz depressiya əlamətləri başlayanda nümunə üçün Saranın beyin fəaliyyətini izləyiblər. Tədqiqatçılar Saranın sinir modellərini izləməklə, beyninin müxtəlif sahələrini stimullaşdırmaqla və əhvalının dəyişməsini izləməklə, depressiya dövrəsini müəyyən ediblər. Tədqiqatın nəticələri paylaşılıb.

Professor Endryu Kristal açıqlamasında bildirib: "Depressiya simptomları başlayanda cihaz Saranın beyninin ən yaxşı hesab etdiyimiz sahəsini stimullaşdırmağa başlayır və bununla da simptomları aradan qaldırır. Avtomatik rejimdə işləyir və depressiyanı uzaqlaşdırır".

Aytac Əliyeva