DSMF-nin büdcə gəlirləri və xərcləri məlum olub

27 Oktyabr 2021 16:41 (UTC+04:00)

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin gəlirləri və xərcləri məlum olub. SİA-nın məlumatına görə, bu barədə “Sosial təminatı və sosial müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2022-ci il büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, gələn il üçün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin gəlirləri və xərcləri 5 milyard 306 milyon 770 min 072 manat həcmində nəzərdə tutulub.

Qeyd edək ki, DSMF-nin 2021-ci il büdcəsinin gəlirləri 5 146 030 160,0 manat, xərcləri 5 146 030 160,0 manat məbləğində olub.