Arxası üstə yatmaq niyə daha çox faydalıdır?

27 Oktyabr 2021 15:23 (UTC+04:00)

Yaddaşınızı gücləndirən yuxu daha məhsuldar beyin və bədən deməkdir. Ürəyi və həzm sistemini də qoruyan yuxu insanın yaddaşını və qavrama qabiliyyətini sürətləndirir. Yaxşı və adekvat yuxu insanı daha oyaq və aktiv edir. Arxası üstə yatmaq onurğa üzərindəki təzyiqi azaltmağa kömək edir. Çünki bu mövqe dik duruşu təqlid edir. Boynumuz arxaya əyildiyi üçün onurğa sütununu da sıxır. Arxası üstə uzanmaq onurğanın təbii əyriliyini qoruyur və onurğa sütununu rahatlaşdırır.

Üzü üstə yatmaq dərinizi qıcıqlandırarkən qırışlara səbəb ola bilər. Bundan əlavə, üzünüzü yastığa qoyarkən yaranan hərəkətsizlik, qırışların yaranmasına səbəb ola bilər. Üstəlik, eyni şey boyuna da aiddir. Arxası üstə yatdığınız zaman dəriyə qulluq vasitələriniz yastığın üstünə dəymir, dərinizdə qalır. Üzü üstə yatdığınız zaman həmin nahiyədə maye toplanır, biz buna ödem deyirik. Üz nahiyəsində maye toplanması göz ətrafında və üzdə şişlik yaradır. Arxa üstə uzandığınız zaman maye yığılmasını azaldırsınız. Bu, üzün şişməsinin qarşısını alır. Həmçinin, arxası üstə uzanaraq bir az əyilmək, göz altı torbalarından və üz ödemindən xilas olmağa kömək edir.