YAP Qazax rayon təşkilatının fəalları şəhidlərin məzarlarını ziyarət ediblər ANIM

27 Oktyabr 2021 15:21 (UTC+04:00)

Bu gün YAP Qazax rayon təşkilatının fəalları, rayon ictimayyətinin nümayəndələri Vətən müharibəsi şəhidləri Nəsibov Nicat Səməd oğlunun, Daşdəmirov Elfak Eltun oğlunun və Həməşəyev Qismət Oruc oğlunun şəhid olmalarının ildönümləri ilə əlaqədar məzarlarını ziyarət ediblər. Mərasimdə şəhidlərin ruhuna dualar oxunub, məzarlarının üzərinə gül dəstələri düzülüb.

Daha sonra YAP Qazax rayon təşkilatının fəalları şəhidlərin ailələrinə baş çəkib.

Rəfiqə