Azərbaycan hərbçilərinin Türkiyədəki təlimi başa çatıb FOTO

27 Oktyabr 2021 13:45 (UTC+04:00)

Türkiyədə azərbaycanlı hərbçilər üçün təşkil olunan kursun bağlanış mərasimi keçirilib.

SİA bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Qeyd edilib ki, Türkiyənin İsparta şəhərinin Eğirdir qəsəbəsindəki Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığının avqustun 23-dən oktyabrın 16-a qədər təşkil etdiyi “Əməliyyat Təlim Kursu” başa çatıb.

Təlimdə 383 azərbaycanlı hərbçi iştirak edib.