Azərbaycanda ünvanlı dövlət sosial yardımının məbləği artırılır

27 Oktyabr 2021 13:50 (UTC+04:00)

Azərbaycanda ünvanlı dövlət sosial yardımının məbləği artırılır. SİA-nın məlumatına görə, ünvanlı dövlət sosial yardımının məbləği 170 manatdan 200 manata qaldırılır.

Bununla bağlı sənəd Milli Məclisə daxil olub və növbəti iclasların birində müzakirə ediləcək.